Abituriyentlər üçün

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin üstünlükləri

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi Kitabxanaçılıq şöbəsi kimi 1947-1948-ci tədris ilində Filologiya fakültəsinin nəzdində yaradılıb. Bununla da Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası qoyulub. Müstəqil fakültə kimi 1962-ci ildən fəaliyyətə başlayıb.

  • Fakültədə 2 ixtisas üzrə bakalavr, 6 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.
    Hazırda fakültədə 600-dən çox tələbə təhsil alır.
    Fakültədə təhsil alan tələbə və magistrantın təlim-tərbiyəsi ilə 40-dan artıq professor-müəllim məşğul olur.
     Fakültədə 2 elmi-nəzəri və təcrübi jurnal - “Kitabxanaşünaslıq və biblioqrafiya” və “Kitabşünaslıq və redactor sənəti” jurnalları nəşr olunur.
     Fakültədə 4 kafedra və 2 elmi-tədris laboratoriyası fəaliyyət göstərir.
    Kitabxanaşünaslıq kafedrası
    • Biblioqrafiyaşünaslıq kafedrası
    • Kitabxana resursları və informasıya axtarış sistemləri kafedrası
    • Kitabşünaslıq və nəşriyyat işi kafedrası
    • laboratoriyası laboratoriyası

 Fakütədə kadr hazırlığı Azərbaycan, ingilis və rus dillərində aparılır.
 Fakültənin məzunları kitabxana sistemlərində, nəşriyyatlarda və mətbuat orqanlarında çalışa bilərlər.
 Fakültədə alimlərlə, şair və yazıçılarla görüşlər, görkəmli şəxsiyyətlərin yubileyləri, kitab təqdimatları, kitab sərgiləri keçirilir, Bakı şəhərində və regionlarda yerləşən muzeylərə və digər mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunur.
 Fakültə tələbələri Tələbə Elmi Cəmiyyəti (TEC), Tələbə Həmkar Təşkilatı (THT), Tələbə Gənclər Təşkilatı (TGT) kimi tələbə təşkilatlarında aktiv təmsil olunurlar. 

FAKÜLTƏ İLƏ TANIŞLIQ

İXTİSAS SEÇİMİ

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət